Monday, May 5, 2014

Gül kələmi düyüsü // Cauliflower rice



Salam Əziz Oxucu. 






Uzun müddətdir ki, yaza bilməməyimin səbəbi həyatımda çox gözəl bir hadisənin olmağı ilə əlaqədardır. Amma indi müəyyən rejimə düşdükdən sonra yenə də maraqlı reseptlərlə burda olacağam.
Son zamanlar, çörəkdən tamamilə imtina etmişəm desəm yalan olmaz. Onun əvəzinə bir zamanlar Asiya üsulu ilə hazırlanmış düyü qəbul edirdim, amma ki, artıq onu da əvəz etməyi bacarmışam. Bu yeni tapıntim gül kələmi düyüsüdü. Mən gül kələmini küncüt toxumu ilə edirəm, bu zaman xoş ətir və xırçıltı bu qarnirə xüsusi ləzzət qatır.
Çox asan resept olmasına baxmayaraq, ailənizdəki pəhriz saxlayanlarla yanaşı hamının sevgisini qazanacaq. 

Sizə lazim olacaq:
- orta ölçüdə gül kələmi.
- balaca soğan
- istəyə görə 1 xörək qaşığı küncüt
- 2 xörək qaşığı zeytun yağı
- duz və ya istəyə görə başqa ədviyyatlar

Hazırlanması:https://www.blogger.com/blogger.g?blogID=5372057962748824335#editor/target=post;postID=4618368622116834982;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=0;src=link

Tavanı qızdırın. Küncüt toxumlarını səpin və vam odda azca qızardın. Əgər küncüt toxumu əlavə etmək istəmirsinizsə, növbəti addıma keçin.

Gül kələmini yarpağından ayırdıqdan sonra rəndədən keçirin. Prosesi tezləşdirmək üçün blenderden də istifadə edə bilərsiniz. Bu kütlə sizə ağappaq qarı xatırlatmır? :)

Soğanı isə kiçik kvadratlara doğrayın Sonra zeytun yağını tavada azca qızdırın. Doğranmış soğanı əlavə edin. ve azca qızardın.

Gül kələmi "qar"ını qızarmış soğana əlavə edin və qarışdıra-qarışdıra yumşalana qədər 10 dəq bişirin.

Budur sağlıqlı və ləzzətli qarnirimiz hazırdır.

Nush olsun. :)
---------------------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------------------
Hello Dear Reader,

I couldn't be active for a long period of time, because I had a very happy moments to live through. I became a mother. :) But I have come to You with a very interesting and delicious side dish that can somehow make you forget about Asian style rice (which I love too, by the way. Yum :) )

Now let's get started...

Cauliflower rice.

You will need:

- a medium size cauliflower
- a little onion
- 1 tablespoon sesame seeds (optional)
- 2 tablespoons of olive oil
- salt and other spices that you would like



Heat the skillet and add sesame seeds and toast them a little. If you don't want to add sesame seeds you can skip this step and start from the next step.


Grate or blend cauliflower in a blender and you will get a mass resembling snow :)
Add olive oil to the pan and heat it a little and then add onions and saute.
Add the cauliflower snow and prepare the "rice" by stirring occasionally.

Your healthy and delicious side dish is ready :)

Enjoy :)

No comments:

Post a Comment