Bu zəngin dadlı peçenyaları
hazırlanma qaydasını yazmamşdan öncə onların ən yaxşı
xüsüsiyyətlərini sizə
deyim:
Bu peçenyaların tərkibində un,
kərə yağı, yumurta YOXDUR!
Bəli,bəli yoxdur!
Deməli siz bunu yeyərkən
özünüzü günahkar saymaya da bilərsiniz,çünki orqanizminizə tamamilə sağlam
qidanın qəbul olunacağından əmin ola bilərsiniz!
İndi isə reseptə keçək:
Sizə lazım olan məhsullar:
- 3 banan
- 2 stəkan qerkulas yulafı
- 1 stəkan tumu çıxarılmış, xırda doğranmış xurma qurusu
- 1/2 stəkan kişmiş
- 1/2 stəkan qoz
- 1/2 stəkan şokolad damcıları və ya hər hansı sevdiyiniz şokolad (istəyə görə)
- 1/4 stəkan bitki yağı (təmiz qarğıdalı yağı məsləhət görərdim)
- 1/2 çay qaşığı darçın tozu
- bir çimdik duz
Hazırlanma qaydası:
İLK NÖVBƏDƏ sobanı 170 dərəcə istidə qızmağa qoyun.

1.
Bananlarımızı bir qaba yığıb, çəngələ əzin. Üzərinə yulafı əlavə edin. Düzdü,
mən bütün inqredientləri qaba yığandan sonra qarışdırıram, amma ki, bananları
əzib inqredientləri yığmaq da daha asan olur.
2. Xurma
qurusunun tumunu çıxarıb doğrayın. Yulaflı-bananlı qarışığa əlavə edin. Mən
kişmiş uzunsov olduğundan yarıya doğradım. Amma təbii ki, bu istəyə görədir.
Kişmişi də qarışığa əlavə edin.
3.
Qozları və şokoladları blenderə yığın və eyni ölçülü qarışıq olanda dayanın və
alınan kütləni bananlı-yulaflı qarığın üzərinə əlavə edin.
4. İndi isə qalan inqredientləri əlavə edin. 1/4 stəkan yag, darçın
tozu və bir çimdik duz.
5. Bütün bunları yaxşıca qarışdırın.
6. Qarışıq qoyun 10 dəqiqə qalsın.
7. Sonra isə xörək qaşığı ilə kütlələr ayırıb, folqa listinin üzərinə düzün. Qeyd edim ki, bu peçenyalar bişəndə formasını saxlayır.

8.
Sobaya yerləşdirin və saatınızı 25 dəqiqəyə qoyun.
9. 25
dəqiqədən sonra peçenyaları sobadan çıxarıb süd ilə həm dadından zövq alın, həm
də sağlam qalın! :)
Sağlamlıq cazibədardır! :)
No comments:
Post a Comment