Salam, Əziz oxucu...
Bu gun artıq ferqli bir reseptlə qarşınıza çıxıram.
İlk növbədə onu qeyd edim ki, son 2 il ərzində tamamilə yeni qidalanma tərzinə keçid dövründəyəm. Və hər dəfə çox kiçik, amma ki, həmişəlik dəyişiklər edərək ümumi 21-ci əsr GMO ilə zəngin və prosesləşmiş qidalara əks zərbə endirirəm. Və çox sevinirəm ki, get gedə məndə daha yaxşı alınır.
Mən qidalarımız haqqında ayrica məqalə hazirlayıram, amma hələki, əlavələr çoxdu və əminəm ki, ayda bir dəfə o meqalənin davamı olacaq və bloqumda ayrıca rubrika kimi onu qeyd edəcəm...
İndi isə reseptə keçmemişdən son 2 ildəki ƏN TƏSİREDİCİ qida dəyişikliyindən qisaca söhbət açım. Bu adi xörək duzunun əvəzinə DƏNİZ DUZUnu seçmə dəyişikliyidir ki, onun hər bir effektini həyatımda, sağlamlığımda hiss edirəm.
Qeyd edim ki, əslində duz insan bədəninə lazımlıdır, çünki onun tərkibindəki bəzi minerallar, əlavə olaraq yod, sağlamlığımızda çox böyük rol oynayır. Amma ki,indiki dövrdə, hər bir qida müəyyən sənaye proseslərindən keçdiyi kimi duz da çoxsaylı proseslərdən keçərək tərkibindəki mineralların məhvinə gətirərək sadəcə natrium və xlorun qalmasına səbəb olurlar. Beləliklə də, biz əslində orqanizmimizə mineral, vitamin əvəzinə zəhər yerləşdirmiş oluruq.
Amma dəniz duzu proseslərdən keçməmiş təmiz duzdur ve fikir versəniz, o adi duz kimi axici teksturaya malik deyil, xirda daşlara bənzəyir. Yerli mağazalarda dəniz duzu alarkən onun yodlu olmasına da fikir verin.
İndi isə reseptə keçək:

sizə lazım olacaq:
-forel və ya qızıl balıq
-extra virgin (minimal prosesdən keçmiş. üzərində *extra virgin* yazıldığına diqqət edin) zeytun yağı
-dəniz duzu, yumru istiot (yumru istiot tebiidir, amma toz istiotu renglendiricilərdən istifadə edərək almaq olur)
-cəfəri
-limon suyu
-ağ reyhan (təzə və ya qurudulmuş)
-və istəyə görə sarımsaq
Bu resept çox sadədir, amma ki, sağlam variantdadır deyə, onu tez sevəcəksiniz.
1.Ayrica bir qaba zövqə görə zeytun yağı, duz, istiot, ağ reyhan, sarımsaq, və doğranmış cəfəri əlavə edin.yaxşıca qarışdırın.
2.Sonra forel və ya qızıl balıq hissələrini bu qarışıma qoyun və qarışımı balığa yayın.
3. Üzərini polietilen salafanla örtüb soyuducuda 45 dəq- 1 saat arası saxlayın ki, ədviyyatların ləzzəti balığa keçsin.
4. Balığı soyuducudan çıxartmamışdan 10-15 dəq qabaq sobani 190 dərəcədə qızdırın.
5. Balığı soyuducudan çıxarın və aliminium folqanın içərisinə yerləşdirin,üzərinə də azca marinaddan tökün. Aliminuim folqanı bişirmə qabının üzərinə yerləşdirin və sobada 30 dəqiqə ərzində bişirin.

Balığın bişdiyini yoxlamaq üçün en qalın hissəsindən çəngəllə ayırıb yoxlayın. Balığın çiy hissəsi olmamalıdır.
İnandırıram sizi, hətta ömrü boyu bişirməyən insan belə bunun öhdəsindən gələr.
BONUS:
Bu balıq ən yaxşı çuğundurlu,kələmli salatla gedir.
Çuğunduru rəndələyin, kələmi xırda xırda doğrayın. Bunları qarışdırıb üzərinə azca balzamik sirkəsi, zeytun yağı,dəniz duzu səpin və qarışdırın. Çox ləzzətlidir. Zövqə görə kökü də rəndədən keçirib üzərinə əlavə edə bilərsiniz.
Nuş olsun :)
No comments:
Post a Comment