Monday, September 23, 2013

Sağlıqlı çuğundur pomidor salatı

Salam Əziz oxucu, 

Bu gün mən oz kompyuterimin başında olmadığım üçün telefon vasitəsilə bu resepti yerleşdirməli olacağam. Hal hazirda evdən bir qeder uzaqda olsam belə, hazirladığım və hər kıs tərəfindən sevilən növbəti sağlıqlı resepti nece olursa olsun paylaşmaq istədim. 

Çünki ilk növbdə, bu sağlıqlıdır, ikinci növbədə isə çox ləzzətli. 

Bizə lazim olacaq: 

- 1 orta ölçülü çuğundur
- 2-3 orta boyda pomidor
- 1/2 stəkan ağ pendir (və ya zövqünüzə görə)
- 1/2 stəkan keşniş və cəfəri qarışığı
- dəniz duzu

Indi isə hazirlanma qaydasina keçək:

1. Çuğunduru aluminium folqa kağızına büküb 190 dərəcədə qizan sobaya 1 saat 15 dəqiqəyə yerləshdirin.

2. Çuğundur hazır olandan sonra isə asan etap başlayır. Böyük qaba, ilk növbədə pomidorları kvadrat doğrayıb düzün. Çalışın ki, pomidorlarin ölçüsü çox xırda olmasın, amma bir dişdəmlik olsun ki, daddan zövq almaq olsun ;-) Bu laydan sonra azca duz səpin.

3. Indi isə pomidorlarla eyni olçüdə dogradiginizoğradığınız çuğunduru doğrayıb pomidorlarin üzəri ilə səpin. Yenə də duzlayin. Amma çox duzlamağa çalışmayın,çünki pendir onsuzda duzlu olacaq.

4. Ağ pendiri əlinizlə ovub çuğundur layının üzəri ilə gəzdirin. 

5. Son lay: keşniş və cəfəri qarışığını və ya istədiyiniz hər hansı göyərti qarışımını pendir layı üzərinə səpin. 

Beləliklə laylarla düzülən bu salat hazırdır! Nuş olsun. Indi isə heyf ki, sadəcə telefon vasitəsilə çəkə bildiyim şəkli buraya yerləşdirməli olacağam.
Bir daha Nush olsun. :-)

---------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------

Healthy beet-tomato salad

Today I made this delicious, unique-looking, colorful salad for my family and took a picture at  the end of the making of it before it was all gone.

It was not only delicious and also really healthy, so I thought I would share this with You. I was inspired by Martha Stewart's website. And recreated with my own touch to it.

You will need:

- 1 medium sized beetroot
- 2-3 medium-sized tomatoes
-1/2 cup of feta cheese or any other cheese of Your choice
-1/2 cup chopped parsley and cilantro mix
- sea salt

Directions:

1. Wrap the beetroot in an aliminium foil and put in the preheated oven of 190 degrees Celsius (375 Fahrenheit) for about 75 minutes.

2.After the beet is ready, the fun part starts.
So You want to rub the beet between paper towels, so the skin comes of. I loved serving this in a platter, because it is prettier and elegant.

In a large platter layer bite size cut beets and sprinkle with a little bit salt, because we baked it raw in the oven.

3. Then layer bite-size cut tomatoes and sprinkle with salt if You chose cheese that doesn't have salt. But feta is salty, so I skipped this step.

4. Sprinkle with feta (or cheese of Your choice)

5. The last layer is the herb mix. Sprinkle it generously.

Enjoy and bon appetitte. :)

Tuesday, September 17, 2013

Dünyanın ən asan alma piroqu resepti...


Salamlar,Əziz Oxucu

 

Yəqin bü gün yuxudan duran kimi günün menyusunun nə olacağına qərar verirsən, düzdü?

 


Bilirsən, hərdən mən sadəcə şirniyyat günü elan edirəm və bir günlük də belə olsa həyat yoldaşım hərdən bu qərarıma çox sevinir. :) Tap görüm ailəmizdə şirniyyatı ən çox sevən kimdir ;)

 

Bu resepti hətta biş-düşə yeni başlayan insan da edib bolluca tərif ala bilər. Çünki resept asan olmağı ilə bərabər həm də almalıdır, xəmirinin dadı demək olar ki, hiss olunmur. Yumşaq karamelləşmiş darçınlı almalara nə mən doydum, nə də ailəmizin şirniyyat sevərləri :)

Bu reseptə görə Olqa adında çox ilhamlandırıcı və Youtube video portalında "Fablunch" kanalinda öz reseptlərini yerləşdirən xanıma minnətdarlığımı bildirərək, onun müəlliflik hüquqları saxlamaq istərdim, çünki dediyinə görə ailə reseptidir. Bu isə artıq mülkiyyətə bərabərdir :)

 

İndi isə reseptə keçək...

 

sizə lazım olacaq:

 

-4 alma (mən sarı almalardan istifadə etdim, çünki məncə piroqda şirin almalar daha uyğun olar, amma təbii ki, zovqə görə öz alma seçiminizi edə bilərsiniz) 

-4 yumurta

- 1 stəkan un (nəzərə alın ki, səkanlar adətən 240-300 ml olur, yəni fərqi yoxdur, sadəcə eyni stəkanda həm də şəkər tozu üçün istifadə edirsən)

 

- 1 stəkan (200 qram) ağ və ya qəhvəyi şəkər tozu (mən qəhvəyi şəkər tozunu ağ şəkər tozuna nisbətən sağlıklı hesab etdiyimdən qəhvəyi şəkər tozu ilə elədim)

-1 çay qaşığı darçın tozu (istəyə görə)

-1 çay qaşığı vanil (istəyə görə)

-qabı yağlamaq üçün bir az yağ

-1/2 çay qaşığı çay sodası

-limon suyu

-1/4 çay qaşığı duz

 

 Hazırlanma qaydası:

ÖNCƏ sobanı 180 dərəcə Selsidə qızdırın.

 

 

 1. Almaları istəyə görə qabığını soyun, şəkildə gördüyünüz kimi doğrayın, yağlanmış tort və ya şüşə qəlibinə töküb üzərinə darçını əlavə edin və darçını elə səpələyin ki, bütün almaları örtsün. İndi isə almaları rahat bir kənara qoyun və elektrik blender və ya mikserinizi işə salın...

 


 2. Əvvəlcə yumurtaları və şəkər tozunu bircinsli kütlə halına gətirənədək qarışdırın.

Yadda saxlayın ki, nə qədər çox qarışdırsanız, bişərkən xəmir o qədər qalxacaq.

 3. Sonra unun 1/3 hissəsini əlavə edin və yenə 2 dəqiqə ərzində qarışdırın.

Un qurtarana qədər bunu təkrarlayın, yəni 2 dəqiqə qarşdırdıqdan sonra yenə yerdə qalan unun yarısını əlavə edin və 2 dəqiqə qarışdırın, sonra da qalan bütün unu əlavə edib qarışdırmağa davam edin.


4. Vanil tozunu əlavə edin, qarışdırın

 5. ayrica çay sodasının üzərinə limon suyu sixin və qabarcıqlar əmələ gələn kimi qarışığın üzərinə əlavə edin.


və beləliklə hardasa 6-7 dəqiqə ərzində qarışdırın.
 

sonra isə alınmış kütləni almaların üzəri ilə elə axıdın ki, bütün almaları örtəsiniz, amma ki, almalarla alınmış kütləni qarışdırmayin!!!

 

İndi isə qabı sobaya yerləşdirib saatınızı 30-35 dəqiqəyə qoyun.

mən məsləhət görərdim ki, 30 dəqiqədən sonra adi diş çöpünü piroqa batırın,amma çalışın ki.alma olan hissə olmasın. Əgər diş çöpü quru çıxırsa, deməli piroq artıq hazırdır.

 


 Piroqu qaba yerləşdirin və soyudun

 

 

 

 Tamamilə soyuduqdan sonra isə istəyə görə pudra şəkəri ilə üzərinə gəzdirin


 

 Budur alma piroqu hazirdir :)

Nuş olsun...

Bu reseptə görə Youtubeda Fablunch kanalına bir daha təşəkkürlər :)

Friday, September 13, 2013

Sobada bişirilmiş əla kartof

Salam Əziz Oxucu

Yay tətili bitdi və təbii olaraq mənim tətilim də bitdi. Yeniden bloqda yeni meqalələrimə qayıdıram.

Bu dəfə qıraqdan çox sadə görünən, lakin çox adamın elə də dəqiq bilmədiyi sadə bir resepti yerləşdirəcəyəm. Bunu mənə Amerikada təhsil alarkən "barbekyu" (orijinal adı: BBQ, barbeque) yerlərindəki ləziz yeməklərin xatirələri vadar etdi.

Barbeque manqalda xüsusi sousla bişirilmiş xörəklər idi və qarnir olaraq demək olar ki, bütün barbeque yerləri oz manqalda bişirilmiş kartofu ilə fəxr edə bilərdi, çünki sadəliyinə baxmayaraq, bu qabığı duzla xırçıldayan, amma içərisi pambıq kimi yumşaq olan kartofu hamı, həmişə sifariş edirdi.

Manqalda çox dadlı alınmasına baxmayaraq, bu kartofu sobada da hazırlamaq mümkündür. Və sizi daha çox yormadan reseptə keçirəm.


İnqredientlər:

- Kartof
- bitki yağı (zeytun yağı məsləhət görülmür!!!)
- dəniz duzu

bişdikdən sonra

-kərə yağı
- xama (el dilində: smetan )
- istənilən içlik

Hazırlanması:
Sobani 190 dərəcə qizmaga qoyun. 

1. Kartofu və ya kartofları tərtəmiz yuyun. Sizə bir sirrimi açım. Kartof, çuğundur kimi köklü tərəvəzləri yuyarkən ehtiyatlı olmaq şərtdir, çünki torpaqla örtülü olurlar. Ona görədə mağazalarda xüsusi fırçalardan ala bilərsiniz, amma ki, əgər fırça axtarmaq imkanınız və ya həvəsiniz yoxdursa, sizə sadə alət deyim: qab yumaq üçün olan xüsusi süngərlərdən alın və birini xüsusi olaraq tərəvəzlər üçün ayırın. Kartofun qabığını tərtəmiz yuyun və təmizləyin, çünki sonra qabığı da nuş edə bilərsiniz.


2. Növbəti addımda isə mətbəx salfeti ilə bitki yağına batırıb kartofların üzərini yağla örtün. Mən təmiz keyfiyyətli günəbaxan yağından istifadə etdim. Siz belə üsulla kartofları yağlayanda həm əlləriniz təmiz qalacaq, həm də yağdan lazım olandan çox istifadə etmiş olmayacaqsınız.

3. Beləliklə kartoflar yağlandı və buradan sonrakı addim tamamilə zövqünüzə uyğun olaraq davam edə bilər. Duz sevmirsinizsə, kartofları bişirmə qabına yığıb 50 dəqiqə ərzində bişmək üçün sobaya yerləşdirin, amma duzlu qabıq istəyirsinizsə, onda üst tərəfdən dəniz duzu ilə kartofları duzlayın və yenə də sobaya yerləşdirib 50 dəqiqə bişməsini gözləyin.
 
 

4. Sobadan kartofları çıxarın və hardasa 5 dəqiqə gözləyin, amma çox yox. Sonra isə astaca olaraq üzəri ilə bıçaqla yarıq açın. Yarığı açandan sonra astaca, özünüzü yandırmadan kartofun hər iki sonundan mərkəzinə doğru barmaqlarınızla basin. Bu zaman kartof sanki açılacaq.
 

5. Bundan sonra əyləncəli hissə gəlir. Kartofu necə istəsəniz doldura bilərsiniz, amma ki, mənim ən sevdiyim üsul aşağıdakı kimidir:
 
Kartofun içərisinə azca kərə yağı, xama, holland pendiri, zeytun (istənilən növ) və yaşıl soğan və ya ispanaq. Hərdən isə sadəcə olaraq kərə yağı, xama və pendirlə sevirəm.

Qabığı mən sevirəm, çünki yumşaq kartofa dadlı xırçıltı qatır, amma əgər istəmirsinizsə yeməyin, sadəcə bilin ki, eyni dad olmayacaq. ;) Və qabığı yaxşıca sürtüb təmizləmisiniz deyə qorxmaya bilərsiniz. :)

Nuş olsun. Bu da dadlı,ləzzətli,sadə kartof bişməsi.