Tuesday, September 17, 2013

Dünyanın ən asan alma piroqu resepti...


Salamlar,Əziz Oxucu

 

Yəqin bü gün yuxudan duran kimi günün menyusunun nə olacağına qərar verirsən, düzdü?

 


Bilirsən, hərdən mən sadəcə şirniyyat günü elan edirəm və bir günlük də belə olsa həyat yoldaşım hərdən bu qərarıma çox sevinir. :) Tap görüm ailəmizdə şirniyyatı ən çox sevən kimdir ;)

 

Bu resepti hətta biş-düşə yeni başlayan insan da edib bolluca tərif ala bilər. Çünki resept asan olmağı ilə bərabər həm də almalıdır, xəmirinin dadı demək olar ki, hiss olunmur. Yumşaq karamelləşmiş darçınlı almalara nə mən doydum, nə də ailəmizin şirniyyat sevərləri :)

Bu reseptə görə Olqa adında çox ilhamlandırıcı və Youtube video portalında "Fablunch" kanalinda öz reseptlərini yerləşdirən xanıma minnətdarlığımı bildirərək, onun müəlliflik hüquqları saxlamaq istərdim, çünki dediyinə görə ailə reseptidir. Bu isə artıq mülkiyyətə bərabərdir :)

 

İndi isə reseptə keçək...

 

sizə lazım olacaq:

 

-4 alma (mən sarı almalardan istifadə etdim, çünki məncə piroqda şirin almalar daha uyğun olar, amma təbii ki, zovqə görə öz alma seçiminizi edə bilərsiniz) 

-4 yumurta

- 1 stəkan un (nəzərə alın ki, səkanlar adətən 240-300 ml olur, yəni fərqi yoxdur, sadəcə eyni stəkanda həm də şəkər tozu üçün istifadə edirsən)

 

- 1 stəkan (200 qram) ağ və ya qəhvəyi şəkər tozu (mən qəhvəyi şəkər tozunu ağ şəkər tozuna nisbətən sağlıklı hesab etdiyimdən qəhvəyi şəkər tozu ilə elədim)

-1 çay qaşığı darçın tozu (istəyə görə)

-1 çay qaşığı vanil (istəyə görə)

-qabı yağlamaq üçün bir az yağ

-1/2 çay qaşığı çay sodası

-limon suyu

-1/4 çay qaşığı duz

 

 Hazırlanma qaydası:

ÖNCƏ sobanı 180 dərəcə Selsidə qızdırın.

 

 

 1. Almaları istəyə görə qabığını soyun, şəkildə gördüyünüz kimi doğrayın, yağlanmış tort və ya şüşə qəlibinə töküb üzərinə darçını əlavə edin və darçını elə səpələyin ki, bütün almaları örtsün. İndi isə almaları rahat bir kənara qoyun və elektrik blender və ya mikserinizi işə salın...

 


 2. Əvvəlcə yumurtaları və şəkər tozunu bircinsli kütlə halına gətirənədək qarışdırın.

Yadda saxlayın ki, nə qədər çox qarışdırsanız, bişərkən xəmir o qədər qalxacaq.

 3. Sonra unun 1/3 hissəsini əlavə edin və yenə 2 dəqiqə ərzində qarışdırın.

Un qurtarana qədər bunu təkrarlayın, yəni 2 dəqiqə qarşdırdıqdan sonra yenə yerdə qalan unun yarısını əlavə edin və 2 dəqiqə qarışdırın, sonra da qalan bütün unu əlavə edib qarışdırmağa davam edin.


4. Vanil tozunu əlavə edin, qarışdırın

 5. ayrica çay sodasının üzərinə limon suyu sixin və qabarcıqlar əmələ gələn kimi qarışığın üzərinə əlavə edin.


və beləliklə hardasa 6-7 dəqiqə ərzində qarışdırın.
 

sonra isə alınmış kütləni almaların üzəri ilə elə axıdın ki, bütün almaları örtəsiniz, amma ki, almalarla alınmış kütləni qarışdırmayin!!!

 

İndi isə qabı sobaya yerləşdirib saatınızı 30-35 dəqiqəyə qoyun.

mən məsləhət görərdim ki, 30 dəqiqədən sonra adi diş çöpünü piroqa batırın,amma çalışın ki.alma olan hissə olmasın. Əgər diş çöpü quru çıxırsa, deməli piroq artıq hazırdır.

 


 Piroqu qaba yerləşdirin və soyudun

 

 

 

 Tamamilə soyuduqdan sonra isə istəyə görə pudra şəkəri ilə üzərinə gəzdirin


 

 Budur alma piroqu hazirdir :)

Nuş olsun...

Bu reseptə görə Youtubeda Fablunch kanalına bir daha təşəkkürlər :)

No comments:

Post a Comment