Bu gün bir az fərqli resept qoyacağam, çünki Azərbaycanda hələki çox adama tanış olmayan bir qida olduğunu düşünürəm. İnternetdə hər zaman sağlam qidalanma, bitki mənşəli qidalar və yeməklər axtaran bir adam kimi deyə bilərəm ki, demək olar ki, çox zaman qarşıma çıxan badam südü məni cəlb etdi. Şəhərimizdə ekzotik qida məhsullari satılan mağazalarda belə badam südü görmədiyimdən onu evdə təkbaşına necə edə biləcəyimi araşdırdım və tapdım.
Öncədən qeyd edim ki, bunun hər adamın zövqünə görə bir resept olacağına əminlik vermirəm, amma ki, mənim ətrafımda maksimal olaraq heyvan mənşəli qidalardan qaçmağa çalışan insanları tanıyıram. Bunlardan bəziləri sağlamlığına görə bunu edirsə, digər hissəsi sadəcə olaraq heyvan mənşəli qidaları sevmədiyindən edir. Bəlkə südə olan bu alternativ digər elə insanlara kömək oldu.
Dadını təsvir edərkən deyim ki, çox yumşaq, badam ətirli, şirin adi südü xatirladır.
İndi isə badam südü üçün tapdığım ən dadlı və sadə resepti paylaşıram. Onu da qeyd edim ki, bu mənə həddən artıq çox xoş bir tapıntı oldu, çünki badam südü ilə artıq cappucino, kofe və s. reseptləri də sınaqdan keçirəcəyəm.
Beləliklə sizə lazım olacaq:
- 1 stəkan badam
- 4 stəkan içməli təmiz su
- 2-3 xurma (şirinlik üçün)
- bir çimdik duz (bütün o tamları ortaya çıxartmaq üçün)
- darçın və ya başqa ədviyyatlar zövqə görədir, amma mən heç bir ədviyyat əlavə etmədim.
Hazırlanma qaydası:
1. 1 stəkan badamın üzərini örtənə qədər su tökün və axşamdan şişməyə qoyun. Mən şəkildə artıq hazır formasını çəkmişəm. Gördüyünüz kimi, badamlar sanki suyu canına çəkib.
2. Badamları suda 8 - 48 saat arası saxladıqdan sonra isə əsl əyləncəli hissə başlayır. İlk növbədə badamları süzgəcə töküb soyuq su ilə bir daha yaxalayın və artıq suyun cəkilməsi üçün süzgəcdə saxlayın.
3. İndi isə blenderə badamı, 4 stəkan suyu (mən ölçü stəkanlarından istifadə edirəm. 1 stəkan badam üçün 4 stəkan su tələb olunur), xurmaları (mən 2 xurma istifadə etdim və mənim zövqümə görə şirin alındı,siz isə zövqə görə edin, amma çox şirin etməyiniz də məsləhət deyil), bir çimdik duzu əlavə edin və blenderi işə salın. Hardasa 2-3 dəqiqə qarışdırın.
4. Tam qarışdırıldıqdan sonra isə ayrı bir qab üzərinə süzgəc və üzərindən isə tənzif(el arasında: marli parçası) qoyun və qarışımı yavaş-yavaş tənzifə süzün. qarışımı tam tökdükdən sonra isə tənzifdə qalanı yaxşıca sıxın.
5. Budur, badam südü hazırdır. Qalan badaml isı atmayın. Mən qalan badam qurusunu bal ilə qarışdırıb çay ilə dessert kimi qəbul etdim. Həm sağlıqlı, həm də ləzzətli.
Əgər mənim bloqumda hər hansı resepti etmsinizsə, xahiş edirəm instagramda @householdwithstyle tag edin və ya səhifəmə üzv olub bunu bildirin.
Təşəkkür edirəm. Nuş olsun.
-------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------------
Almond milk
I have a really long intro in my native language above, because I haven't seen almond milk to be sold anywhere in the supermarkets, so I thought I should share some background to it.
Almond milk is basically a plant based milk alternative for those who are vegan, or trying to have most of the plant based diet. Some people avoid dairy, so I think almond milk is the alternative for the cow milk whatever the reason is. So let's get started.
You are going to need:
- 1 cup of almonds
- 4 cups of clean water
- 2-3 dates
- a pinch of salt
- any other spices You would like to add, like cinnamon or etc.
As I always have pictures above, I am going to share the recipe straight away.
1. First, fill up 1 cup of almonds with water overnight or approximately 8 to 48 hours. the water should cover the almonds. They are going to get plump, as You'll notice.
2. Now, after at least 8 hours have passed, the fun part starts. Now drain your almonds and rinse them with some water and drain again. Then put all Your almonds,4 cups of water, 2-3 dates (I put 2 dates, and it was sweet enough, but You could do more or less to Your desire), a pinch of salt in the blender and blend away for about 2-3 minutes. You are going to notice the mixture has already gotten that milk white color.
3. Now take a separate container or a pyrex bowl, put a fine sifter over and cover the sifter with a kitchen towel or in my case, I used cheesecloth. Slowly pour Your mixture over the cheesecloth. And after the mixture is all gone, and the milk has drained, You just want to go ahead and squeeze the cheesecloth, so the excess milk come out.
4. Now You are left with almond milk and almond meal. Don't throw that almond meal away. I mix it with a little bit honey and use as a dessert with tea. Yummy and healthy.
Follow me on instagram @householdwithstyle and tag me whenever You recreate any of my recipes.
Thank You and bon appetitte.
P.S. I give the credit to Dani Spies on Youtube for the recipe :) Thank You.
No comments:
Post a Comment