Friday, November 8, 2013

Alma sirkəsi üçün 5 istifadə // 5 uses for apple cider vinegar...

Salam, Əziz Oxucu

Bu gün məqaləm fərqli mövzuda olacaq. Əslində bloqu yaradarkən bunun tam olaraq bir mövzuda cəmləşəcəyini düşünməmişdim. Çünki bloqdakı məqalələrin evdə HƏR bir şeyi əhatə eləməyini istəyirdim. Reseptlər, ev təmizliyi ilə bağlı faydalı məsləhətlər və s.

Bu gün mən məqaləmdə evdə tətbiq elədiyim üsullardan bəziləri ilə paylaşacağam.

 
Bəli, bəli, Alma sirkəsi və onun faydaları.

Əslində alma sirkəsinin faydaları saydıqlarımdan da çoxdur, amma ki, mən burda ən çox yayılan istifadə üsullarını qeyd edəcəyəm.

1. Meyvə böcəklərindən və ümümiyyətlə hər cür böcəkdən ən asan qurtulma yolu.

Yay fəsli ərəfəsində meyvələrin üzərinə oturan xırda böcəkləri asanlıqla cəlb edib, onlardan qurtulmaq olar.Bir qabda 1 stəkan suya 1/4 stəkan alma sirkəsi əlavə edin və açıq yerdə qoyun. Çox az bir müddətdə artıq həmin qarışımda xırda böcəklər görəcəksiniz. Bu qarışımı sonra atmaq asan olsun deyə sizə lazım olmayan bir qabda eləsəniz lap yaxşı olar. Qarışıma hardasa bir-iki damcı ölçüdə qabyuyan vasitə də əlavə edə bilərsiniz. Bu sadəcə olaraq böcəkləri daha tez öldürəcək.

2. Boğaz ağrısı zamanı.

Boğaz ağrısının səbəbləri müxtəlif ola bilər, amma bir şey dəqiqdir ki, boğazda müəyyən bakteriyaların, mikrobların inkişafından da bu ağrı baş verə bilər. Bunun üçün ən asan çıxış yolu budur:
1 stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə edin. Çalışın ki, alma sirkəsi bundan çox olmasın. Qarqara etməyin!!! Bu səs tellərinizə ziyan edə bilər. Bu suyu sadəcə yavaş-yavaş için. Boğazınızdakı mikroblardan qurtulmağınıza əmin olun.

3. Soyuducudakı xoşagəlməz qoxulardan azad olmaq üçün. (ən sevimli üsulum)

Soyuducunuzu hər gün təmizləsəniz belə sizdən asılı olmayaraq hərdən soyuducudan xoşagəlməz qoxu ilə hamı qarşılaşır. Bunun üçün çox asan çıxış yolu aşağıdakı kimidir:

1/4 stəkan alma sirkəsini soyuducuya yerləşdirin və bir gün sonra götürün. Alma sirkısi bütün qoxuları özünə çəkəcək və soyuducunuzda qoxu hiss etməyəcəksiniz. Amma ki, çalışın ki, alma sirkəsini soyuducuda lap uzun müddətdə saxlamayasınız. Çünki alma sirkəsi qoxuları sovurandan sonra, doyacaq və soyuducunuz yavaş-yavaş alma sirkəsi qoxmağa başlayacaq. Soyuducunuzdakı qoxuların itdiyin hiss edən kimi stəkanı soyuducan çıxardın və sirkəni tullayın.

4. Həzmə və qida zəhərlənməsinə kömək edir.

Alma sirkəsi orqanizmə də çox xeyirdi. İlk növbədə həzmi sürətləndirməyə kömək edir, ikinci növbədə isə qida zəhərlənməsinə də kömək edir. Çünki, yuxarıda da qeyd etdiyim kimi, mikrobları öldürür.

Salatlara və şorbalara limon suyu ilə bir-iki xörək qaşığı sirkə qatın. Həm ləzzət alın, həm də sağlam qalın. :)

5. Zəhərli olmayan ev təmizlik vasitəsi.

Təbii ki, təmizlik vasitələrinə güclü kimyəvi maddələr qatıldığından onlar insan orqanizminə elə də xeyirli deyil. Qoxuları gözəl olsa belə, insan onun qoxusunu içərisinə çəkəndə müəyyən kimyəvi maddələrlə nəfəs aldığını da nəzərə almalıdır. Xüsusilə də, döşəmə üçün təmizlik vasitələri orqanik, təmiz və təbii məhsul olsa lap yararlı olar. Buna bir neçə səbəb ola bilər. İlk növbədə onun buxarlandığı zaman hamımızın onunla nəfəs almağı, evdə ev heyvanları varsa, onların da nəfəs yollarına bizə etdiyi zərərdən çox ziyanlı olmağıdır. Əgər balaca, xüsusilə də iməkləyən uşaqlar varsa, onların da nəfəs yollarına bu tip təmizləyici vasitələr ziyanlıdır.

Buna görədə döşəmələr üçün ən yaxşı mikrob öldürən, parıldadan, və orqanizmə ziyanlı olmayan vasitə alma sirkəsidir. Bir litr suya 1/3 stəkan ölçüdə alma sirkəsi qatın və döşəmələrinizi normal vaxtda yuduğunuz kimi yuyun. Və heç nəyə görə narahat olmayın.

Ümidvaram bu fərqli məqaləm maraqlı və faydalı oldu.

Uğurlar :)

-------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------------

Hello, Dear Reader

Today I am going to have a different type of article. when I created this blog, I didn't think of one particular theme for my blog. I just wanted it to cover up everything around the house. Cleaning tips, recipes and etc. were the type of articles  I was aiming for.

So today I am going to share with You 5 uses for the apple cider vinegar, that I use myself , as well. Certainly, there are way to many uses for apple cider vinegar, but I am going to share the ones, that are my favourites and have actually tested and used myself at home.

1.The easiest way to get rid of fruit flies or any other flies and bugs, really.

So, this usually happens in summer, when we can see very small fruit flies around the house. Apple cider vinegar is going to be the solution in this article for everything. Get any disposable container. Fill it in with 1 cup of water, and 1/4 cup of apple cider vinegar. There You have it- The Ultimate bug and fly attracter (and a killer).
  And if You want to kill the fruit flies or bugs quicker, just add one or two squezzes of dish soap into the solution.

2. During the sore throat.

Throats can hurt for different reasons. One thing is clear, that You can definitely kill the bacteria in Your throat.  Just add 1 teaspoon of apple cider vinegar to 1 cup of water. Do not gargle!!! That can actually hurt Your vocal cords. Just drink slowly and be sure, that the bacteria in Your throat is taken care of :)
 

3.To get rid of bad smells inside Your fridge.

No matter, how often You clear up Your fridge, everyone is faced with the problem of bad odor in the fridge. the quickest and my favourite solution is just put 1/4 cup of apple cider vinegar into the fridge  and take it out after a day has passed. It is going to soak up all the bad smells in the fridge. Do not keep it longer. If You notice that there is no more smell coming out, just toss the vinegar. If You keep it longer, the process is going to go vice versa. Your fridge is going to start smell like vinegar. So, the moderation is key here. Take the vinegar out on time.

4. Helps digestion and food poising.

Apple cider vinegar is one of best solutions for digestion. And, as mentioned above, it kills bacteria. That is why it also aids during food poisining.

Just add lemon juice and 1-2 tablespoons of apple cider vinegar to Your salads or soups and You are good to go. Way to enjoy Your food and stay healthy! :)

5.Non-toxic house cleaning supply.

It is no secret, that cleaning supplies contain very strong chemicals. These chemicals, even though sometimes they smell good, are not good for Your lungs. Especially the floor cleaning supplies. Reasons for that is, when it evaporates, we breathe with it, which is harmful for our lungs and body, in general. If You have pets or small, crawling kids, it is going to hurt them more than us.

So the solution is, of course, apple cider vinegar. Just add 1/3 cup of apple cider vinegar to 1 liter of water and just clean the floors like You normally would.  Enjoy the shiny, clean and non-toxic floors. :) 

I hope this different article of mine was interesting and helpful.

Good luck :) 

No comments:

Post a Comment