Salam Əziz oxucu,
Bu gün səhər təsadüfən bu resepti elədim, amma dadlı alındı deyə resepti bura yerləşdirməyi qərara aldım.
Bu gün səhər təsadüfən bu resepti elədim, amma dadlı alındı deyə resepti bura yerləşdirməyi qərara aldım.
Qeyd edim ki, brokkoli kələm bitkilərindən olub,C vitamini, pəhrizə yararlı
liflərlə zəngindir. 100 qram brokkoli bitkisində ümumilikdə 34 kalori var. Eyni
zamanda 2.82 qram zülal (protein), 0.37 q xeyirli yağlar. Bundan başqa fol
turşusu, B1, B3, B6, C, E, K vitaminləri, dəmir, kalsium da vardır.
Dünya üzrə hər il 19,107,751 ton gül kələmi və brokkoli yetişdirilir və bunun ən çox hissəsi təbii ki, Çin dövlətinin hesabına düşür.
İndi isə reseptə keçək.
Sizə lazım olacaq:
- istəyə uyğun olaraq brokkoli.
- az yağlı və ya tam yağlı holland və ya gouda pendiri, təxmini brokkolinin üzərini örtəcək qədər olmalıdır.
- extra virgin zeytun yağı.
- azca su,hardasa stəkanın 1/4 hissəsi qədər ölçüsündə.
- dəniz duzu, 1/4 çay qaşığı.

Hazırlanması:
1. Tavani vam odda qızdırmağa başlayın,bir xörək qaşığı ölçüdə zeytun yağını əlavə edib, dəniz duzu əlavə edin.
1. Tavani vam odda qızdırmağa başlayın,bir xörək qaşığı ölçüdə zeytun yağını əlavə edib, dəniz duzu əlavə edin.
2. Yağ lap azca qızdıqda, yuyulmuş brokkoliləri əlavə edin, tavanın dibinə isə su əlavə edin, tavanın qapağını bağlayın.
3. Brokkoli
tündləşdikdə (bu hardasa 2-3 dəqiqəyə baş verəcək) üzərinə rəndələnmiş pendiri
əlzvə edib,
qapağı ğrtün və qarışdırmayın.
qapağı ğrtün və qarışdırmayın.
4. Pendir
yari ərinmiş halda olduqda, qapağı tavanın üzərindən götürmədən qazı söndürün.
Budur pendirli brokkoli hazırdır.
No comments:
Post a Comment