Thursday, December 5, 2013

Bananlı və qozlu kekslər // Banana-nut muffins

Salam, Əziz Oxucu

Bu gün mən çox da sağlıqlı olmasa da, ən azından çox dadlı, evdə hazırlanmış olduğuna görə maraqlı bananlı-qozlu keks reseptini bölüşəcəyəm. Əvvəllər mən bunu bananlı-qozlu çörək kimi edirdim, amma çox kiçik keks qeliblerində bu daha tez başa gelir və porsiyalar da kiçik olduğundan daha rahat və səliqəli olur. Düzdür, mən gözləyirdim ki, mənim dovşan və gül formalı keks qəliblərində onlar daha maraqlı çixacaq, amma ne edək?! Deyəsən o qəlibləri başqa resept üçün istifade etmək daha məqsədəuyğun olar.

Bundan sonra mən atıq hazırlanma qaydası və şəkilləri ayrı ayrı verəcəyəm ki, sizin üçün resepti götürüb çap etmək daha asan olsun. Ümidvaram bu sizə kömək olacaq.
İndi isə reseptə keçək:



Sizə lazım olacaq:

- 1 fincan qoz (və ya zövqünüzı uyğun digər çərəz)
- 1 + 3/4  fincan un
- 3/4 fincan ağ şəkər tozu
- 1 çay qaşığı qabartma tozu
- 1/4 çay qaşığı çay sodası
- 1/4 ,ay qaşığı duz
- 1 çay qaşığı darçın tozu
- 2 iri yumurta, calıınmış
- 1/2 fincan ərinmiş və otaq temperaturuna gətirilmiş yağ
- 3 yetişmiş banan (üzəri xallı olanlar yetişmiş hesab olunur)
- 1 çay qaşığı vanil ekstraktı

Hazırlanma qaydası:

1.Sobanızı 180 dərəcəyə qədər qızdırıın.

2. Qozu hardasa 5-10 dəqiqəlik sobaya yerləşdirin və bir az qızarmasını gözləyin. Sobadan çıxardın və bıçaqla iri hissələrə doğrayın.

3. İndi isə ən asan hissə başlayır:

Ayrıca iri bir qabda öncə quru ərzaqları, yəni unu, şəkər tozunu, qabartma tozunu, çay sodası, duzu, darçın tozunu və qozları qarışdırın.

4. Digər qabda isə yaş ərzaqları, yəni çəngəllə əzilmiş bananları, yumurtanı, ərinmiş yağı və vanil ekstraktını qarışdırın.

5. Yaş ərzaqları quru ərzaqlara əlavə edin və qarışdırın. Çalışın ki, lap çox da qarışdırmayın, sadəcə olaraq sanki quru ərzaqları yaş ərzaqlarla "isladın".

6. Qəliblərinizi yağlayın və 1-2 xörək qaşığı miqdarında tökün və 25 dəqiqə sobada bişirin.

Budur, hazırdır. Çox asan, ləzzətli, tamlı bananlı-qozlu kekslər hazırdır.

Nuş olsun!


















---------------------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------------------------

Hello, Dear Reader

Today I am going to share the recipe of banana-nut muffins. They are super delicious and the fact that they are homemade, makes them special. I really was excited about my bunny and flower shaped muffin tins, but I guess I am going to use them for a different recipe as they didn't show any shape in the muffins. I guess I need no-rise dessert such as brownie.

Let's get started.

You will need:
 
- 1 cup wallnuts  or any other nuts of your choice.
- 1 + 3/4 cups all purpose flour
- 3/4 cup granulated white sugar
- 1 tsp baking powder
- 1/4 tsp baking soda
- 1/4 tsp salt
- 1 tsp ground cinnamon
- 2 eggs, beaten
- 3 ripe bananas
- 1 tsp vanilla extract

Instructions:

1. Preheat Your oven to 180 degrees Celsius or 350 degrees Fahrenheit

2. Lightly toast the wallnuts on the baking sheet in the oven for about 5-10 minutes and then cut up coarsely with serrated knife

3.Now easy part starts:

Mix the dry ingredients, such as flour, sugar, baking powder, baking soda, salt, wallnuts and cinnamon in a large bowl.

4. In a separate bowl mix together wet ingredients: eggs, mashed bananas, melted butter in room temperature and vanilla extract.

5. Add the wet ingredients to the dry ingredients and fold them in. Do not overmix, but let every dry ingredient get together with wet ingredients. You can see my mix in the photos above.

6. Grease muffin tin and put a 1-2 tablespoon of the mixture in the muffin tin sections and bake for about 25 minutes.

Now, how easy was that?!

Enjoy this deliciousness and bon appetitte :)







Sunday, November 24, 2013

Badam südü... // Almond milk...

Salam, Əziz Oxucu,



Bu gün bir az fərqli resept qoyacağam, çünki Azərbaycanda hələki çox adama tanış olmayan bir qida olduğunu düşünürəm. İnternetdə hər zaman sağlam qidalanma, bitki mənşəli qidalar və yeməklər axtaran bir adam kimi deyə bilərəm ki, demək olar ki, çox zaman qarşıma çıxan badam südü məni cəlb etdi. Şəhərimizdə ekzotik  qida məhsullari satılan mağazalarda belə badam südü görmədiyimdən onu evdə təkbaşına necə edə biləcəyimi araşdırdım və tapdım.

Öncədən qeyd edim ki, bunun hər adamın zövqünə görə bir resept olacağına əminlik vermirəm, amma ki, mənim ətrafımda maksimal olaraq heyvan mənşəli qidalardan qaçmağa çalışan insanları tanıyıram. Bunlardan bəziləri sağlamlığına görə bunu edirsə, digər hissəsi sadəcə olaraq heyvan mənşəli qidaları sevmədiyindən edir. Bəlkə südə olan bu alternativ digər elə insanlara kömək oldu.

Dadını təsvir edərkən deyim ki, çox yumşaq, badam ətirli, şirin adi südü xatirladır.

İndi isə badam südü üçün tapdığım ən dadlı və sadə resepti paylaşıram. Onu da qeyd edim ki, bu mənə həddən artıq çox xoş bir tapıntı oldu, çünki badam südü ilə artıq cappucino, kofe və s. reseptləri də sınaqdan keçirəcəyəm.

Beləliklə sizə lazım olacaq:

- 1 stəkan badam
- 4 stəkan içməli təmiz su
- 2-3 xurma (şirinlik üçün)
- bir çimdik duz (bütün o tamları ortaya çıxartmaq üçün)
- darçın və ya başqa ədviyyatlar zövqə görədir, amma mən heç bir ədviyyat əlavə etmədim.

Hazırlanma qaydası:

1. 1 stəkan badamın üzərini örtənə qədər su tökün və axşamdan şişməyə qoyun. Mən şəkildə artıq hazır formasını çəkmişəm. Gördüyünüz kimi, badamlar sanki suyu canına çəkib.

2. Badamları suda 8 - 48 saat arası saxladıqdan sonra isə əsl əyləncəli hissə başlayır. İlk növbədə badamları süzgəcə töküb soyuq su ilə bir daha yaxalayın və artıq suyun cəkilməsi üçün süzgəcdə saxlayın.

3. İndi isə blenderə badamı, 4 stəkan suyu (mən ölçü stəkanlarından istifadə edirəm. 1 stəkan badam üçün 4 stəkan su tələb olunur), xurmaları (mən 2 xurma istifadə etdim və mənim zövqümə görə şirin alındı,siz isə zövqə görə edin, amma çox şirin etməyiniz də məsləhət deyil), bir çimdik duzu əlavə edin və blenderi işə salın. Hardasa 2-3 dəqiqə qarışdırın.




 Gördüyünüz kimi, qarışım tam süd rəngini alır.

4. Tam qarışdırıldıqdan sonra isə ayrı bir qab üzərinə süzgəc və üzərindən isə tənzif(el arasında: marli parçası) qoyun və qarışımı yavaş-yavaş tənzifə süzün. qarışımı tam tökdükdən sonra isə tənzifdə qalanı yaxşıca sıxın.





5. Budur, badam südü hazırdır. Qalan badaml isı atmayın. Mən qalan badam qurusunu bal ilə qarışdırıb çay ilə dessert kimi qəbul etdim. Həm sağlıqlı, həm də ləzzətli.




Əgər mənim bloqumda hər hansı resepti etmsinizsə, xahiş edirəm instagramda @householdwithstyle tag edin və ya səhifəmə üzv olub bunu bildirin.

Təşəkkür edirəm. Nuş olsun.

-------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------------

Almond milk

I have a really long intro in my native language above, because I haven't seen almond milk to be sold anywhere in the supermarkets, so I thought I should share some background to it.

Almond milk is basically a plant based milk alternative for those who are vegan, or trying to have most of the plant based diet. Some people avoid dairy, so I think almond milk is the alternative for the cow milk whatever the reason is. So let's get started.

You are going to need:

- 1 cup of almonds
- 4 cups of clean water
- 2-3 dates
- a pinch of salt
- any other spices You would like to add, like cinnamon or etc.

As I always have pictures above, I am going to share the recipe straight away.

1. First, fill up 1 cup of almonds with water overnight or approximately 8 to 48 hours. the water should cover the almonds. They are going to get plump, as You'll notice.

2. Now, after at least 8 hours have passed, the fun part starts. Now drain your almonds and rinse them with some water and drain again. Then put all Your almonds,4 cups of water, 2-3 dates (I put 2 dates, and it was sweet enough, but You could do more or less to Your desire), a pinch of salt in the blender and blend away for about 2-3 minutes. You are going to notice the mixture has already gotten that milk white color.

3. Now take a separate container or a pyrex bowl, put a fine sifter over and cover the sifter with a kitchen towel or in my case, I used cheesecloth. Slowly pour Your mixture over the cheesecloth.  And after the mixture is all gone, and the milk has drained, You just want to go ahead and squeeze the cheesecloth, so the excess milk come out.

4. Now You are left with almond milk and almond meal. Don't throw that almond meal away. I mix it with a little bit honey and use as a dessert with tea. Yummy and healthy.

Follow me on instagram @householdwithstyle and tag me whenever You recreate any of my recipes.

Thank You and bon appetitte.

P.S. I give the credit to Dani Spies on Youtube for the recipe :) Thank You.

Friday, November 8, 2013

Alma sirkəsi üçün 5 istifadə // 5 uses for apple cider vinegar...

Salam, Əziz Oxucu

Bu gün məqaləm fərqli mövzuda olacaq. Əslində bloqu yaradarkən bunun tam olaraq bir mövzuda cəmləşəcəyini düşünməmişdim. Çünki bloqdakı məqalələrin evdə HƏR bir şeyi əhatə eləməyini istəyirdim. Reseptlər, ev təmizliyi ilə bağlı faydalı məsləhətlər və s.

Bu gün mən məqaləmdə evdə tətbiq elədiyim üsullardan bəziləri ilə paylaşacağam.

 
Bəli, bəli, Alma sirkəsi və onun faydaları.

Əslində alma sirkəsinin faydaları saydıqlarımdan da çoxdur, amma ki, mən burda ən çox yayılan istifadə üsullarını qeyd edəcəyəm.

1. Meyvə böcəklərindən və ümümiyyətlə hər cür böcəkdən ən asan qurtulma yolu.

Yay fəsli ərəfəsində meyvələrin üzərinə oturan xırda böcəkləri asanlıqla cəlb edib, onlardan qurtulmaq olar.Bir qabda 1 stəkan suya 1/4 stəkan alma sirkəsi əlavə edin və açıq yerdə qoyun. Çox az bir müddətdə artıq həmin qarışımda xırda böcəklər görəcəksiniz. Bu qarışımı sonra atmaq asan olsun deyə sizə lazım olmayan bir qabda eləsəniz lap yaxşı olar. Qarışıma hardasa bir-iki damcı ölçüdə qabyuyan vasitə də əlavə edə bilərsiniz. Bu sadəcə olaraq böcəkləri daha tez öldürəcək.

2. Boğaz ağrısı zamanı.

Boğaz ağrısının səbəbləri müxtəlif ola bilər, amma bir şey dəqiqdir ki, boğazda müəyyən bakteriyaların, mikrobların inkişafından da bu ağrı baş verə bilər. Bunun üçün ən asan çıxış yolu budur:
1 stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə edin. Çalışın ki, alma sirkəsi bundan çox olmasın. Qarqara etməyin!!! Bu səs tellərinizə ziyan edə bilər. Bu suyu sadəcə yavaş-yavaş için. Boğazınızdakı mikroblardan qurtulmağınıza əmin olun.

3. Soyuducudakı xoşagəlməz qoxulardan azad olmaq üçün. (ən sevimli üsulum)

Soyuducunuzu hər gün təmizləsəniz belə sizdən asılı olmayaraq hərdən soyuducudan xoşagəlməz qoxu ilə hamı qarşılaşır. Bunun üçün çox asan çıxış yolu aşağıdakı kimidir:

1/4 stəkan alma sirkəsini soyuducuya yerləşdirin və bir gün sonra götürün. Alma sirkısi bütün qoxuları özünə çəkəcək və soyuducunuzda qoxu hiss etməyəcəksiniz. Amma ki, çalışın ki, alma sirkəsini soyuducuda lap uzun müddətdə saxlamayasınız. Çünki alma sirkəsi qoxuları sovurandan sonra, doyacaq və soyuducunuz yavaş-yavaş alma sirkəsi qoxmağa başlayacaq. Soyuducunuzdakı qoxuların itdiyin hiss edən kimi stəkanı soyuducan çıxardın və sirkəni tullayın.

4. Həzmə və qida zəhərlənməsinə kömək edir.

Alma sirkəsi orqanizmə də çox xeyirdi. İlk növbədə həzmi sürətləndirməyə kömək edir, ikinci növbədə isə qida zəhərlənməsinə də kömək edir. Çünki, yuxarıda da qeyd etdiyim kimi, mikrobları öldürür.

Salatlara və şorbalara limon suyu ilə bir-iki xörək qaşığı sirkə qatın. Həm ləzzət alın, həm də sağlam qalın. :)

5. Zəhərli olmayan ev təmizlik vasitəsi.

Təbii ki, təmizlik vasitələrinə güclü kimyəvi maddələr qatıldığından onlar insan orqanizminə elə də xeyirli deyil. Qoxuları gözəl olsa belə, insan onun qoxusunu içərisinə çəkəndə müəyyən kimyəvi maddələrlə nəfəs aldığını da nəzərə almalıdır. Xüsusilə də, döşəmə üçün təmizlik vasitələri orqanik, təmiz və təbii məhsul olsa lap yararlı olar. Buna bir neçə səbəb ola bilər. İlk növbədə onun buxarlandığı zaman hamımızın onunla nəfəs almağı, evdə ev heyvanları varsa, onların da nəfəs yollarına bizə etdiyi zərərdən çox ziyanlı olmağıdır. Əgər balaca, xüsusilə də iməkləyən uşaqlar varsa, onların da nəfəs yollarına bu tip təmizləyici vasitələr ziyanlıdır.

Buna görədə döşəmələr üçün ən yaxşı mikrob öldürən, parıldadan, və orqanizmə ziyanlı olmayan vasitə alma sirkəsidir. Bir litr suya 1/3 stəkan ölçüdə alma sirkəsi qatın və döşəmələrinizi normal vaxtda yuduğunuz kimi yuyun. Və heç nəyə görə narahat olmayın.

Ümidvaram bu fərqli məqaləm maraqlı və faydalı oldu.

Uğurlar :)

-------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------------

Hello, Dear Reader

Today I am going to have a different type of article. when I created this blog, I didn't think of one particular theme for my blog. I just wanted it to cover up everything around the house. Cleaning tips, recipes and etc. were the type of articles  I was aiming for.

So today I am going to share with You 5 uses for the apple cider vinegar, that I use myself , as well. Certainly, there are way to many uses for apple cider vinegar, but I am going to share the ones, that are my favourites and have actually tested and used myself at home.

1.The easiest way to get rid of fruit flies or any other flies and bugs, really.

So, this usually happens in summer, when we can see very small fruit flies around the house. Apple cider vinegar is going to be the solution in this article for everything. Get any disposable container. Fill it in with 1 cup of water, and 1/4 cup of apple cider vinegar. There You have it- The Ultimate bug and fly attracter (and a killer).
  And if You want to kill the fruit flies or bugs quicker, just add one or two squezzes of dish soap into the solution.

2. During the sore throat.

Throats can hurt for different reasons. One thing is clear, that You can definitely kill the bacteria in Your throat.  Just add 1 teaspoon of apple cider vinegar to 1 cup of water. Do not gargle!!! That can actually hurt Your vocal cords. Just drink slowly and be sure, that the bacteria in Your throat is taken care of :)
 

3.To get rid of bad smells inside Your fridge.

No matter, how often You clear up Your fridge, everyone is faced with the problem of bad odor in the fridge. the quickest and my favourite solution is just put 1/4 cup of apple cider vinegar into the fridge  and take it out after a day has passed. It is going to soak up all the bad smells in the fridge. Do not keep it longer. If You notice that there is no more smell coming out, just toss the vinegar. If You keep it longer, the process is going to go vice versa. Your fridge is going to start smell like vinegar. So, the moderation is key here. Take the vinegar out on time.

4. Helps digestion and food poising.

Apple cider vinegar is one of best solutions for digestion. And, as mentioned above, it kills bacteria. That is why it also aids during food poisining.

Just add lemon juice and 1-2 tablespoons of apple cider vinegar to Your salads or soups and You are good to go. Way to enjoy Your food and stay healthy! :)

5.Non-toxic house cleaning supply.

It is no secret, that cleaning supplies contain very strong chemicals. These chemicals, even though sometimes they smell good, are not good for Your lungs. Especially the floor cleaning supplies. Reasons for that is, when it evaporates, we breathe with it, which is harmful for our lungs and body, in general. If You have pets or small, crawling kids, it is going to hurt them more than us.

So the solution is, of course, apple cider vinegar. Just add 1/3 cup of apple cider vinegar to 1 liter of water and just clean the floors like You normally would.  Enjoy the shiny, clean and non-toxic floors. :) 

I hope this different article of mine was interesting and helpful.

Good luck :) 

Saturday, October 12, 2013

Anamın ləzzətli paxla resepti (My Mom's delicious green beans recipe)

Salam Əziz Oxucu,

Bu gün mən paxla resepti ilə bloqda yeni meqalə yazmağa qayıtdım. Bu paxla reseptini həmişə anamdan soruşurlar. Deməli ki, hamı paxlanı eyni reseptlə etmirmiş.

Mən bu çox bəyəndiyim yeməyi indi sizinlə paylaşacağam.





4 porsiya üçün sizı lazım olacaq:
- yarım kq paxla
- 2 orta ölçülü soğan
-2 orta ölçülü pomidor
-dəniz duzu
-bitki yağı və ya kərə yağı

hazırlanma qaydası:

1.Əvvəlcə paxlanın uclarını kəsib, doğrayın və yaxşı-yaxşı yuyun
2. İndi isə paxlanı qazana yığırıq və üzərini örtənə qədər soyuq su tökürük, duzlayırıq (hardasa 2 çay qaşığı) və qapağını örtüb vam odda qaynağa düşməyini gozləyirik. Qaynağa düşən kimi paxlanın rəngində dəyişiklik görəcəksiniz. Qapağı götürün və suyu buxarlanmağa qoyun.
 Tədricən görəcəksiniz ki, paxlanın rəngi dəyişməyə başlayır. 


3. Paxla bişdiyi müddətdə soğanları və pomidorları hazırlayın. Mən soğanları xırda-xırda doğrayıram, amma ki, formanı öz zövqünüzə görə seçə bilərsiniz.



4. Artıq bu vaxta qədər paxla suda bişmiş olacaq. İndi isə daha maraqlı hissəyə keçək.
paxlanın artıq qalan suyu varsa, onu süzün və qırağa qoyun.
5. Tavanın içinə 4 xörək qaşığı yağ tökün və soğanları əlavə edin. Duzlayın (yarım çay qaşığı duz)
Vam odda soğanları 15 dəqiqə qarışdıra-qarışdıra qızardın. 

6. İndi isə soğanlar qızardıqdan sonra paxlanı və pomidorları əlavə edin. Pomidorları duzlayın. (yarım çay qaşığı duz ilə)
və qarışdırıb vam odda 25-30 dəqiqə bişməyə qoyun.








Rənglərin dəyişdiyini hiss etdinizmi?

Deməli paxla hazırdır. İnanın mənə evdəki uşaqlarınız belə sevəcək. Həqiqətən çox ləzzətlidir. Əgər şəkillərdə bunu verə bilməmişəmsə, bu artıq mənim fotoqraf "qabiliyyətlərimi" sual altına qoyur ;)

  
Qatıq və qarnirə istədiyiniz hər bir şeylə: kartof, düyü, vermişellə ləzzətlidir.
 Nuş olsun.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------------------------------------------

English version:
For 4 porsions You will need:
-1/2 kg of green beans
- 2 middle sized onions
-2 middle sized tomatoes
- salt
-vegetable oil or butter

1. Cut the ends off of the beans, cut into small pieces and wash throughly. Then put the beans in the pot and fill with cold water until You cover the beans. Salt the beans with about 2 teaspoons of salt  and cover the lid and let it come to boil. When the water comes to boil, remove the lid and let the water evaporate slowly on the low heat.  Above You can see the chronology in pictures.
2. You are going to notice the change in color. When You can notice that the beans have changed in color. And water has evaporated halfway or mostly through. Remove the pot from the stovetop and drain the remaining water. Set aside, while You prepare onions and tomatoes. Cut the onions into smal rectangles. Peel and cut the tomatoes int small rectangles as well.

3. Now the fun part starts. Take a pan, and add about 4 tbsp of butter or vegetable oil. Add the onions and salt them. Now sautee the onions until they are tender and translucent and a little bit golden. You should do this on low heat for about 15 minutes.

4. Now that the onions are tender and golden, add Your green beans, tometoes and salt a little. You are going to need about 1/2 teaspoons of salt for onions and 1/2 teaspoons of salt for tomatoes.

5. Cover the lid and let it cook on low for about 25-30 minutes.

When You notice that the tomatoes are also tender and cooked turn off the heat and cover with a lid until You are ready to eat.

It goes so well with plain yoghurt and as a side dish You can have potatoes, rice or spaghetti. It is very, very delicious, trust me. But I guess my photography "skills"don't tell that as much ;)

Bon appetite. :)



Monday, September 23, 2013

Sağlıqlı çuğundur pomidor salatı

Salam Əziz oxucu, 

Bu gün mən oz kompyuterimin başında olmadığım üçün telefon vasitəsilə bu resepti yerleşdirməli olacağam. Hal hazirda evdən bir qeder uzaqda olsam belə, hazirladığım və hər kıs tərəfindən sevilən növbəti sağlıqlı resepti nece olursa olsun paylaşmaq istədim. 

Çünki ilk növbdə, bu sağlıqlıdır, ikinci növbədə isə çox ləzzətli. 

Bizə lazim olacaq: 

- 1 orta ölçülü çuğundur
- 2-3 orta boyda pomidor
- 1/2 stəkan ağ pendir (və ya zövqünüzə görə)
- 1/2 stəkan keşniş və cəfəri qarışığı
- dəniz duzu

Indi isə hazirlanma qaydasina keçək:

1. Çuğunduru aluminium folqa kağızına büküb 190 dərəcədə qizan sobaya 1 saat 15 dəqiqəyə yerləshdirin.

2. Çuğundur hazır olandan sonra isə asan etap başlayır. Böyük qaba, ilk növbədə pomidorları kvadrat doğrayıb düzün. Çalışın ki, pomidorlarin ölçüsü çox xırda olmasın, amma bir dişdəmlik olsun ki, daddan zövq almaq olsun ;-) Bu laydan sonra azca duz səpin.

3. Indi isə pomidorlarla eyni olçüdə dogradiginizoğradığınız çuğunduru doğrayıb pomidorlarin üzəri ilə səpin. Yenə də duzlayin. Amma çox duzlamağa çalışmayın,çünki pendir onsuzda duzlu olacaq.

4. Ağ pendiri əlinizlə ovub çuğundur layının üzəri ilə gəzdirin. 

5. Son lay: keşniş və cəfəri qarışığını və ya istədiyiniz hər hansı göyərti qarışımını pendir layı üzərinə səpin. 

Beləliklə laylarla düzülən bu salat hazırdır! Nuş olsun. Indi isə heyf ki, sadəcə telefon vasitəsilə çəkə bildiyim şəkli buraya yerləşdirməli olacağam.
Bir daha Nush olsun. :-)

---------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------

Healthy beet-tomato salad

Today I made this delicious, unique-looking, colorful salad for my family and took a picture at  the end of the making of it before it was all gone.

It was not only delicious and also really healthy, so I thought I would share this with You. I was inspired by Martha Stewart's website. And recreated with my own touch to it.

You will need:

- 1 medium sized beetroot
- 2-3 medium-sized tomatoes
-1/2 cup of feta cheese or any other cheese of Your choice
-1/2 cup chopped parsley and cilantro mix
- sea salt

Directions:

1. Wrap the beetroot in an aliminium foil and put in the preheated oven of 190 degrees Celsius (375 Fahrenheit) for about 75 minutes.

2.After the beet is ready, the fun part starts.
So You want to rub the beet between paper towels, so the skin comes of. I loved serving this in a platter, because it is prettier and elegant.

In a large platter layer bite size cut beets and sprinkle with a little bit salt, because we baked it raw in the oven.

3. Then layer bite-size cut tomatoes and sprinkle with salt if You chose cheese that doesn't have salt. But feta is salty, so I skipped this step.

4. Sprinkle with feta (or cheese of Your choice)

5. The last layer is the herb mix. Sprinkle it generously.

Enjoy and bon appetitte. :)

Tuesday, September 17, 2013

Dünyanın ən asan alma piroqu resepti...


Salamlar,Əziz Oxucu

 

Yəqin bü gün yuxudan duran kimi günün menyusunun nə olacağına qərar verirsən, düzdü?

 


Bilirsən, hərdən mən sadəcə şirniyyat günü elan edirəm və bir günlük də belə olsa həyat yoldaşım hərdən bu qərarıma çox sevinir. :) Tap görüm ailəmizdə şirniyyatı ən çox sevən kimdir ;)

 

Bu resepti hətta biş-düşə yeni başlayan insan da edib bolluca tərif ala bilər. Çünki resept asan olmağı ilə bərabər həm də almalıdır, xəmirinin dadı demək olar ki, hiss olunmur. Yumşaq karamelləşmiş darçınlı almalara nə mən doydum, nə də ailəmizin şirniyyat sevərləri :)

Bu reseptə görə Olqa adında çox ilhamlandırıcı və Youtube video portalında "Fablunch" kanalinda öz reseptlərini yerləşdirən xanıma minnətdarlığımı bildirərək, onun müəlliflik hüquqları saxlamaq istərdim, çünki dediyinə görə ailə reseptidir. Bu isə artıq mülkiyyətə bərabərdir :)

 

İndi isə reseptə keçək...

 

sizə lazım olacaq:

 

-4 alma (mən sarı almalardan istifadə etdim, çünki məncə piroqda şirin almalar daha uyğun olar, amma təbii ki, zovqə görə öz alma seçiminizi edə bilərsiniz) 

-4 yumurta

- 1 stəkan un (nəzərə alın ki, səkanlar adətən 240-300 ml olur, yəni fərqi yoxdur, sadəcə eyni stəkanda həm də şəkər tozu üçün istifadə edirsən)

 

- 1 stəkan (200 qram) ağ və ya qəhvəyi şəkər tozu (mən qəhvəyi şəkər tozunu ağ şəkər tozuna nisbətən sağlıklı hesab etdiyimdən qəhvəyi şəkər tozu ilə elədim)

-1 çay qaşığı darçın tozu (istəyə görə)

-1 çay qaşığı vanil (istəyə görə)

-qabı yağlamaq üçün bir az yağ

-1/2 çay qaşığı çay sodası

-limon suyu

-1/4 çay qaşığı duz

 

 Hazırlanma qaydası:

ÖNCƏ sobanı 180 dərəcə Selsidə qızdırın.

 

 

 1. Almaları istəyə görə qabığını soyun, şəkildə gördüyünüz kimi doğrayın, yağlanmış tort və ya şüşə qəlibinə töküb üzərinə darçını əlavə edin və darçını elə səpələyin ki, bütün almaları örtsün. İndi isə almaları rahat bir kənara qoyun və elektrik blender və ya mikserinizi işə salın...

 


 2. Əvvəlcə yumurtaları və şəkər tozunu bircinsli kütlə halına gətirənədək qarışdırın.

Yadda saxlayın ki, nə qədər çox qarışdırsanız, bişərkən xəmir o qədər qalxacaq.

 3. Sonra unun 1/3 hissəsini əlavə edin və yenə 2 dəqiqə ərzində qarışdırın.

Un qurtarana qədər bunu təkrarlayın, yəni 2 dəqiqə qarşdırdıqdan sonra yenə yerdə qalan unun yarısını əlavə edin və 2 dəqiqə qarışdırın, sonra da qalan bütün unu əlavə edib qarışdırmağa davam edin.


4. Vanil tozunu əlavə edin, qarışdırın

 5. ayrica çay sodasının üzərinə limon suyu sixin və qabarcıqlar əmələ gələn kimi qarışığın üzərinə əlavə edin.


və beləliklə hardasa 6-7 dəqiqə ərzində qarışdırın.
 

sonra isə alınmış kütləni almaların üzəri ilə elə axıdın ki, bütün almaları örtəsiniz, amma ki, almalarla alınmış kütləni qarışdırmayin!!!

 

İndi isə qabı sobaya yerləşdirib saatınızı 30-35 dəqiqəyə qoyun.

mən məsləhət görərdim ki, 30 dəqiqədən sonra adi diş çöpünü piroqa batırın,amma çalışın ki.alma olan hissə olmasın. Əgər diş çöpü quru çıxırsa, deməli piroq artıq hazırdır.

 


 Piroqu qaba yerləşdirin və soyudun

 

 

 

 Tamamilə soyuduqdan sonra isə istəyə görə pudra şəkəri ilə üzərinə gəzdirin


 

 Budur alma piroqu hazirdir :)

Nuş olsun...

Bu reseptə görə Youtubeda Fablunch kanalına bir daha təşəkkürlər :)

Friday, September 13, 2013

Sobada bişirilmiş əla kartof

Salam Əziz Oxucu

Yay tətili bitdi və təbii olaraq mənim tətilim də bitdi. Yeniden bloqda yeni meqalələrimə qayıdıram.

Bu dəfə qıraqdan çox sadə görünən, lakin çox adamın elə də dəqiq bilmədiyi sadə bir resepti yerləşdirəcəyəm. Bunu mənə Amerikada təhsil alarkən "barbekyu" (orijinal adı: BBQ, barbeque) yerlərindəki ləziz yeməklərin xatirələri vadar etdi.

Barbeque manqalda xüsusi sousla bişirilmiş xörəklər idi və qarnir olaraq demək olar ki, bütün barbeque yerləri oz manqalda bişirilmiş kartofu ilə fəxr edə bilərdi, çünki sadəliyinə baxmayaraq, bu qabığı duzla xırçıldayan, amma içərisi pambıq kimi yumşaq olan kartofu hamı, həmişə sifariş edirdi.

Manqalda çox dadlı alınmasına baxmayaraq, bu kartofu sobada da hazırlamaq mümkündür. Və sizi daha çox yormadan reseptə keçirəm.


İnqredientlər:

- Kartof
- bitki yağı (zeytun yağı məsləhət görülmür!!!)
- dəniz duzu

bişdikdən sonra

-kərə yağı
- xama (el dilində: smetan )
- istənilən içlik

Hazırlanması:
Sobani 190 dərəcə qizmaga qoyun. 

1. Kartofu və ya kartofları tərtəmiz yuyun. Sizə bir sirrimi açım. Kartof, çuğundur kimi köklü tərəvəzləri yuyarkən ehtiyatlı olmaq şərtdir, çünki torpaqla örtülü olurlar. Ona görədə mağazalarda xüsusi fırçalardan ala bilərsiniz, amma ki, əgər fırça axtarmaq imkanınız və ya həvəsiniz yoxdursa, sizə sadə alət deyim: qab yumaq üçün olan xüsusi süngərlərdən alın və birini xüsusi olaraq tərəvəzlər üçün ayırın. Kartofun qabığını tərtəmiz yuyun və təmizləyin, çünki sonra qabığı da nuş edə bilərsiniz.


2. Növbəti addımda isə mətbəx salfeti ilə bitki yağına batırıb kartofların üzərini yağla örtün. Mən təmiz keyfiyyətli günəbaxan yağından istifadə etdim. Siz belə üsulla kartofları yağlayanda həm əlləriniz təmiz qalacaq, həm də yağdan lazım olandan çox istifadə etmiş olmayacaqsınız.

3. Beləliklə kartoflar yağlandı və buradan sonrakı addim tamamilə zövqünüzə uyğun olaraq davam edə bilər. Duz sevmirsinizsə, kartofları bişirmə qabına yığıb 50 dəqiqə ərzində bişmək üçün sobaya yerləşdirin, amma duzlu qabıq istəyirsinizsə, onda üst tərəfdən dəniz duzu ilə kartofları duzlayın və yenə də sobaya yerləşdirib 50 dəqiqə bişməsini gözləyin.
 
 

4. Sobadan kartofları çıxarın və hardasa 5 dəqiqə gözləyin, amma çox yox. Sonra isə astaca olaraq üzəri ilə bıçaqla yarıq açın. Yarığı açandan sonra astaca, özünüzü yandırmadan kartofun hər iki sonundan mərkəzinə doğru barmaqlarınızla basin. Bu zaman kartof sanki açılacaq.
 

5. Bundan sonra əyləncəli hissə gəlir. Kartofu necə istəsəniz doldura bilərsiniz, amma ki, mənim ən sevdiyim üsul aşağıdakı kimidir:
 
Kartofun içərisinə azca kərə yağı, xama, holland pendiri, zeytun (istənilən növ) və yaşıl soğan və ya ispanaq. Hərdən isə sadəcə olaraq kərə yağı, xama və pendirlə sevirəm.

Qabığı mən sevirəm, çünki yumşaq kartofa dadlı xırçıltı qatır, amma əgər istəmirsinizsə yeməyin, sadəcə bilin ki, eyni dad olmayacaq. ;) Və qabığı yaxşıca sürtüb təmizləmisiniz deyə qorxmaya bilərsiniz. :)

Nuş olsun. Bu da dadlı,ləzzətli,sadə kartof bişməsi.